"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamal "Qızıl Top" mükafatı haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, RTVE-yə verdiyi açıqlamada deyib:
"Barselona" ilə Çempionlar Liqasını qazanmaq çox yaxşı olar. Şəxsi cəhətdən isə bütün oyunçular "Qızıl Top"u qazanmaq istəyir. Bunun əksini deyən hər futbolçu yalan deyir. 18 yaşda "Qızıl Top"a namizədlərin siyahısına düşmüşəmsə, böyük uğurdur. Ümid edirəm ki, bu cür də davam edəcək".
Qeyd edək ki, Lamin Yamal ötən mövsüm 55 matça çıxaraq 18 qol vurub və 25 qolun ötürməsini edib. Onun "Barselona" ilə müqaviləsi 2031-ci ilə qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 03.09.2025
"Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
Hazırda oxunan: "Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
Hazırda oxunan: "Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
268414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.