Ederson Moraes “Mançester Siti”dən ayrılaraq “Fənərbağça”ya keçib.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı qolkiper İngiltərə klubunun tarixinə ən uğurlu oyunçulardan biri kimi düşüb. O, Pep Qvardiolanın rəhbərliyi altında 18 titul qazanıb. Ederson 2017/18 mövsümündən etibarən “şəhərlilər”in heyətində 372 oyuna çıxıb, 311 top buraxıb və 168 matçda qapısını toxunulmaz saxlayıb.
Braziliya millisində isə onun hesabında 29 oyun var. Yaxın vaxtlarda isə “Mançester Siti” yeni qapıçının – italiyalı Canluici Donnarummanın transferini açıqlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:13 / 02.09.2025
“Fənərbağça” Edersonun transferini AÇIQLADI
Hazırda oxunan: “Fənərbağça” Edersonun transferini AÇIQLADI
Hazırda oxunan: “Fənərbağça” Edersonun transferini AÇIQLADI
268396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.