“Beşiktaş” futbolçusunu Braziliya klubuna SATDI

Hazırda oxunan: “Beşiktaş” futbolçusunu Braziliya klubuna SATDI

268392

"Beşiktaş"ın futbolçusu Keni Arroyo karyerasını Braziliyada davam etdirəcək.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi ekvadorlu vingeri "Kruzeyro"ya satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" Arroyonun satışından 8 milyon avro gəlir əldə edib. 19 yaşlı ön xətt oyunçusu A Seriyası təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Beşiktaş" Keni Arroyonu bu ilin fevral ayında ölkəsinin "İndependyente" klubundan transfer etmişdi. Gənc futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin