“Xankəndi” türkiyəli baş məşqçi ilə müqaviləni uzatdı

Hazırda oxunan: “Xankəndi” türkiyəli baş məşqçi ilə müqaviləni uzatdı

268352

Yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq “Xankəndi” komandası baş məşqçisi İbrahim Uzunca ilə müqavilənin müddətini uzadıb.

Bu barədə klubdan Bizim.Media-ya məlumat verilib.

Təcrübəli türkiyəli çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
 

“Xankəndi” 63 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsün Region Liqasının qalibi olub.


O, indiyədək Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo”( Bakı ) klublarında baş məşqçi kimi fəaliyyəti göstərib. Türkiyədə isə “Adana Dəmirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” kollektivlərini çalışdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin