Yanuzayın “Qarabağ”a keçidi niyə ALINMADI?

Hazırda oxunan: Yanuzayın “Qarabağ”a keçidi niyə ALINMADI?

268342

"Sevilya”nın belçikalı futbolçusu Adnan Yanuzay “Qarabağ”a təklif olunub. Lakin ağdamlılar bu keçidə maraq göstərməyib.

Bizim.Media xəbər verir ki, agentlər onun icarə əsasında Ağdam klubunda çıxış edməsinin mümkünlüyünü klub rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova bildiriblər. 
 

Təcrübəli çalışdırıcı isə bu transferin reallaşmasını istəməyib. O, komandaya yaşı 27-dən az olan futbolçu axtardıqlarını bildirib. Yanuzayın isə 30 yaşı var. 


Qeyd edək ki, Adnan Yanuzay karyerası ərində “Mançester Yunayted”, “Real Sosyedad”, Dortmund “Borussiya”sı kimi klublarda çıxış edib.

O, 2022-ci ilə qədər Belçika millisinə dəvət alıb. 2022-ci ilin yayından “Sevilya”ya məxsus olan yarımmüdafiəçi bu müddətdə “Başakşəhər”də, son mövsümdə isə “Las Palmas”da icarədə çıxış edib. Əndəlüslülərlə bir illik müqaviləsi qalan oyunçunun transfer dəyəri 1,2 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin