“Liverpul” İsakı rekord məbləğə TRANSFER ETDİ

Hazırda oxunan: “Liverpul” İsakı rekord məbləğə TRANSFER ETDİ

268305

Aleksander İsak "Liverpul"un futbolçusu olub. 

Bizim.Media xəbər verir ki, "Nyukasl" 25 yaşlı hücumçunu Mersisayd klubuna satıb. 

İsveç millisinin forvardı uzunmüddətli müqavilə imzalayıb və 9 nömrəli formanı götürüb.
 

Məlumata görə, "Liverpul" sabit 125 milyon funt-sterlinq ödəyəcək, həmçinin müxtəlif ödənişlər daxil olmaqla ümumi məbləğ 130 milyon funt təşkil edəcək. Beləliklə, İsakın "Liverpul"a transferi İngiltərə futbolunda rekord sayılır və Florian Virtz üçün ödənilən 116 milyon funt müqaviləsini üstələyib.


Qeyd edək ki, ötən mövsümdə İsak 34 Premyer Liqa oyununda 23 qol vurub və 6 assist edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin