“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

Hazırda oxunan: “Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

268291

"Qarabağ"ın "Loryan"ın hücumçusu Sambu Sumanonun transferi ilə bağlı danışıqları dayandırıb.

Bizim.Media insayder Rudi Qalettiyə istinadən bildirir ki, Ağdam klubu 24 yaşlı seneqallı forvard uğrunda mübarizədən rəsmən imtina edib. 
 

Qalettinin sözlərinə görə, Fransa klubu qiyməti 3,5 milyon avroya endirib, lakin "Qarabağ" daha əvvəlki "2,5 milyon + 0,5 milyon bonus" təklifində israr edərək öz limitini keçməkdən imtina edib. 


Bundan əvvəl futbolçunun artıq şərtlərini razılaşdırdığı və Çempionlar Liqasında iştirak edən Ağdam klubuna keçməyə hazır olduğu bildirilsə də, tərəflərin qiymətlərindəki fərqin həddən artıq böyük olduğu üzə çıxıb.

Fransa mətbuatı daha əvvəl "Blekbern"in Sumano ilə maraqlanmasından yazaraq təxminən 6 milyon avro məbləğdən söhbət getdiyini bildirib. Bu da "Qarabağ"la danışıqları çətinləşdirib. 

Qeyd edək ki, Polşanın "Vidzev" klubu da futbolçu ilə maraqlanır, lakin onlar da tələb olunan məbləği ödəməyə hazır deyillər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin