Velosipedçimiz Türkiyədəki yarışın QALİBİ OLDU

Hazırda oxunan: Velosipedçimiz Türkiyədəki yarışın QALİBİ OLDU

268196

Türkiyənin paytaxtı Ankarada keçirilən "GranFondo" Başkənt velosiped yarışında Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek qalib olub.

Bizim.Media xəbər verir ki, bu nəticə ilə o, Azərbaycan velosiped tarixinə ilk dəfə beynəlxalq "GranFondo" yarışında birinci yeri tutan idmançı kimi düşüb.

Təmsilçimiz 91 km məsafəni əhatə edən yarışda 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə hamıdan əvvəl çatıb. O, həmçinin öz yaş kateqoriyasında da 1-ci olub.

Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqroiyası) 6-cı, Vüqar Salahov (40-44 yaş kateqoriyası) isə 12-ci yeri tutub.

Qeyd edək ki, 1000-ə yaxın velosipedçinin iştirak etdiyi yarışda Azərbaycan məşqçi Musa Mikayılzadənin rəhbərliyi ilə 3 idmançı ilə təmsil olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin