Dilarə Əliyevadan qayınatası ilə bağlı paylaşım - FOTO

Hazırda oxunan: Dilarə Əliyevadan qayınatası ilə bağlı paylaşım - FOTO

268190

Əməkdar artist Dilarə Əliyeva qayınatası, Xalq artisti Vidadi Əliyevlə fotosunu paylaşıb.

Bizim.Media xəbər verir ki, Dilarə sənətçinin 80 illik yubileyi olduğunu qeyd edərək ona təbrik yazıb:

“80 il ömür, 80 il zəhmət, fədakarlıq, mərhəmət… Hər addımında bizə örnək oldunuz, hər çətinlikdə gücünüzü bizə verdiniz. Sizin sayənizdə öyrəndik ki, ailə ən böyük dəyərdir, insanı ucaldan onun əməli və vicdanıdır. Hər kəsin arxasında dayanacaq bir dağ axtardığı yerdə, bizim dağımız, kölgəmiz, dayağımız siz oldunuz. Sizə uzun ömür, möhkəm can sağlığı və hüzurla dolu illər arzulayıram. Qoy qarşınızdakı bütün yollar nurlu, evimiz isə hər zaman sizin müdrik sözlərinizlə işıqlansın. Sizi çox sevirik, əziz atamız! Doğum gününüz mübarək!”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin