Mahir Emreli millimizin məşqində İŞTİRAK ETMƏYƏCƏK

Hazırda oxunan: Mahir Emreli millimizin məşqində İŞTİRAK ETMƏYƏCƏK

268158

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq.  

Bizim.Media xəbər verir ki, komanda bu gün də məşqə çıxacaq.
 

Lakin Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun Reykyavikdə milliyə qoşulacağı gözlənilir.


Milli komandamız sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin