“Sumqayıt” baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: “Sumqayıt” baş məşqçisi ilə bağlı QƏRAR VERDİ

268125

"Sumqayıt" basketbol klubu baş məşqçisi Vadim Kuramşınla bağlı qərarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, "gənclik şəhər" təmsilçisi təcrübəli mütəxəssislə müqavilə müddətini uzadıb.

O, yeni mövsümdə də komandanın "sükanı arxası"nda olacaq.
 

Qeyd edək ki, Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.


Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komanda "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin