“Zirə” “Kəpəz”lə, “Araz Naxçıvan” “Qəbələ” ilə qarşılaşır

Hazırda oxunan: “Zirə” “Kəpəz”lə, “Araz Naxçıvan” “Qəbələ” ilə qarşılaşır

267811

Misli Premyer Liqasında 3-cü tur davam edir.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçiriləcək. Əvvəlcə “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək.

Hazırda paytaxt təmsilçisi 4 xalla 5-ci pillədə qərarlaşıb. Komanda bu gün qələbə qazansa, lider “Sumqayıt”la xallarını bərabərləşdirək.
 

İlk iki matçda uduzan “Kəpəz” isə hələlik xala həsrətdir. Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Elmar Baxşıyevin komandasının da 2 turdan sonra 4 xalı var və bu gün kollektiv növbəti qələbəsini qazanacağı halda zirvəyə şərik olacaq. 2 turdan sonra aktivində 1 xal olan “Qəbələ” isə 9-cu pillədə qərarlaşıb.


30 avqust (şənbə)

18:00. “Zirə” - “Kəpəz”

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Zirə İK stadionu

20:30. “Araz-Naxçıvan” - “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Kamran Bayramov

“Liv Bona Dea Arena”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin