“Qarabağ”ın oyunlarının təqvimi nə vaxt açıqlanacaq?

Hazırda oxunan: “Qarabağ”ın oyunlarının təqvimi nə vaxt açıqlanacaq?

267562

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.

Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olub:

1-ci səbətdən:

"Çelsi", İngiltərə (Bakıda)

"Liverpul", İngiltərə (səfərdə)

2-ci səbətdən:

"Benfika"', Portuqaliya (səfərdə)

"Aynttraxt", Almaniya (Bakıda)

3-cü səbətdən:

"Ayaks", Niderland (Bakıda)

"Napoli", İtaliya (səfərdə)

4-cü səbətdən:

"Atletik", İspaniya (səfərdə)

"Kopenhagen", Danimarka (Bakıda)

Bəs, “Qarabağ”ın oyunlarının təqvimi nə vaxt müəyyənləşəcək? Klubdan QOL.az-a verilən xəbərə görə, tam təqvim avqustun 30-da açıqlanacaq.

Əlavə edək ki, ÇL-də liqa mərhələsində ilk turun matçları sentyabrın 16-18-də, sonuncu turun görüşləri isə 2026-cı ilin yanvarın 28-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin