"Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsinin püşkünü dəyərləndirib.
Bizim.Media xəbər verir ki, niderlandlı mütəxəssis İngiltərə klubunun rəsmi saytına verdiyi açıqlamada deyib:
"Əvvəlcə onu deyim ki, ötəm mövsümdə olduğu kimi, bu il də çox rəqabətli oyunlar olacaq. Amma bilirdik ki, belə olacaq. Çünki Çempionlar Liqasında, əsasən də yeni formatda, asan püşk olmur.
Bizi böyük səfər və ev oyunları gözləyir. Mənim üçün Niderlandın PSV komandasına qarşı oynamaq həmişə xoşdur. Onlar ardıcıl iki dəfə liqa çempionu olublar.
Eyni sözləri Türkiyədə son üç mövsümdə çempion olan “Qalatasaray” və Azərbaycan çempionu “Qarabağ” barədə də demək olar. Liqa mərhələsindəki oyunların heç biri asan olmayacaq.
Ancaq əminəm ki, azarkeşlərimiz həm “Enfild”də keçiriləcək matçları, həm də böyük stadionlarda, fanatik və ehtiraslı azarkeşlərin önündə oynanılacaq səfər qarşılaşmalarını səbirsizliklə gözləyirlər".
Bizim.Media