Xəbər verdiyimiz kimi "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda İngiltərənin "Çelsi" klubu ilə mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld qarşılaşmanı səbirsizliklə gözlədiyini yazıb.
O, 8 ildən sonra iki klubun yenidən Bakıda qarşılacağını qeyd edib.
Qeyd edək ki, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İdman
21:36 / 28.08.2025
Britaniyalı səfirdən "Qarabağ"la bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: Britaniyalı səfirdən "Qarabağ"la bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: Britaniyalı səfirdən "Qarabağ"la bağlı PAYLAŞIM - FOTO
267541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.