“Qarabağ” Çempionlar Liqasındakı oyunlarını hansı stadionda KEÇİRƏCƏK?

Hazırda oxunan: “Qarabağ” Çempionlar Liqasındakı oyunlarını hansı stadionda KEÇİRƏCƏK?

267438

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla bütün futbolsevərləri sevindirdi. Bizim.Media xəbər verir ki, komandanın rəqibləri bu gün keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq.

Bəs görəsən klub ev oyunlarını hansı arenada keçirəcək?

Hazırda iki variant var: Tofiq Bərhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionu.

Klubun baş direktoru Əmrah Çəlikəl jurnalistlərə açıqlamasında məsələni belə şərh edib:

“Hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin çox güman ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağıq”.

Qeyd edək ki, “Qarabağ” 2017/18-ci mövsümündə Çempionlar Liqasında mübarizə apararkən
ev oyunlarını Bakı Olimpiya stadionunda keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin