Qurban Qurbanovdan qələbə şərhi - VİDEO

Hazırda oxunan: Qurban Qurbanovdan qələbə şərhi - VİDEO

267377

"Azarkeşlərimizə təşəkkür edirəm. Həmişəki kimi möhtəşəm idilər. Hamı görürdü ki, gərginlik var idi. Təbi ki, bu, məsuliyyətdən irəli gəlirdi".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la Bakıdakı cavab matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tarixi AN: "Qarabağ" Çempionlar Liqasında - VİDEO


Ağdam təmsilçisi görüşdə 2:3 hesabı ilə uduzsa da, ilk oyundakı 3:1 hesablı qələbəsi sayəsində Liqa mərhələsinə adlayıb.

Mütəxəssis özünün və komandasının uğurunu belə şərh edib:

"Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə illərdir ki, bunu istəyirdik. Həm azarkeşlər, həm biz, həm xalqımız... Allah bizə nəsib etdi. Şükürlər olsun. Matçda məğlub olduq, daha yaxşı oyun göstərmək istəyirdik. Amma nəticə əlbəttə ki, sevindiricidir. Hər birinizi təbrik edirəm".

O, 2017-ci ildə ilk dəfə "Qarabağ"ı ÇL-in qrup mərhələsinə aparan pley-off matçları ilə budəfəki pley-off görüşlərini də müqayisə edib:

"Düzünü desəm, mən fikirləşirdim ki, ilk dəfə qrupa düşdüyümüz vaxt pley-off oyunları daha gərgin keçib. Amma bu gün gərginlik daha çox idi. Hətta gözlədiyimdən də çox idi. Bu, oyunun ilk hissələrindən də hiss olunurdu. İlk görüşdəki 3:1 hesablı qələbədən sonra hamı deyirdi, danışırdı ki, biz ÇL-in qrupuna düşəcəyik. Amma futbolda hər şey ola bilər".

Q.Qurbanov oyundan əvvəl futbolçularına necə motivasiya verdiyini də açıqlayıb:

"Çalışdım ki, onları sakitləşdirəm. Lakin özüm də daxil olmaqla futbolçularda, hər kəsdə gərginliyi hiss edirdim. Çünki nə olur-olsun məsuliyyət mənim üzərimdə idi. Çalışdım ki, soyuqqanlı davranım. Amma ola bilər ki, özümü tam ələ ala bilməmişdim".


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin