Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn Turan Bayramov Avropa çempionu olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı güləşçi erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO
Xatırladaq ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov yarışa Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start vermişdi.
T.Bayramov dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb.
Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Daha sonra Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.
Bizim.Media