“Qalatasaray” “Tottenhem”in müdafiəçisi ilə ANLAŞDI

Hazırda oxunan: “Qalatasaray” “Tottenhem”in müdafiəçisi ilə ANLAŞDI

267207

"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Tottenhem"də çıxış edən İv Bissumadır. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
 

"Sarı-qırmızılar" malili futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Qalatasaray" 28 yaşlı yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürmək üçün İngiltərə klubu ilə danışıqları davam etdirir.


Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib.

Mali millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin