“Real”dan ayrılan Lukas Vaskes bu kluba KEÇDİ

Hazırda oxunan: “Real”dan ayrılan Lukas Vaskes bu kluba KEÇDİ

267192

"Real"dan ayrılan Lukas Vaskesin yeni klubunun adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Vaskes "Bayer"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

34 yaşlı sağ cinah müdafiəçisi Leverkuzen təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.


Qeyd edək ki, Lukas Vaskes "Real"ın yetirməsidir. İspaniya millisinin sabiq üzvü ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin