Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, baş məşqçi Sergey Rebrov D qrupu çərçivəsində sentyabrın 5-də Vrotslavda Fransa, 9-da Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 25 futbolçu dəvət edib.
Qapıçılar: Andrey Lunin (“Real”, İspaniya), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik
(“Şaxtyor”);
Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Taras Mixavko, Aleksandr Timçik (hər ikisi “Dinamo”), Vitali Mikolenko (“Everton”, İngiltərə);
Yarımmüdafiəçilər: Aleksandr Zinçenko (“Arsenal”, İngiltərə), Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist 1925”), Mikola Şaparenko (“Dinamo”), Oleq Oçeretko, Georgi Sudakov, Artyom Bondarenko (hamısı “Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polissye”), Viktor Tsiqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə);
Hücumçular: Roman Yaremçuk (“Olimpiakos”, Yunanıstan), Artyom Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Dinamo”).
Ehtiyat heyət: Georgi Buşan (“Əl-Şabab”, Səudiyyə Ərəbistanı), Boqdan Mixayliçenko (“Polissya”), Yevgeni Çeberko (“Kolambus Kryu”, ABŞ), Aleksandr Pixalonok, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”).
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:46 / 26.08.2025
Ukrayna millisi Bakıya bu heyətlə GƏLİR
Hazırda oxunan: Ukrayna millisi Bakıya bu heyətlə GƏLİR
Hazırda oxunan: Ukrayna millisi Bakıya bu heyətlə GƏLİR
267118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.