“Neftçi”də xorvatiyalı basketbolçu

Hazırda oxunan: “Neftçi”də xorvatiyalı basketbolçu

267043

“Neftçi” basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.

Bizim.Media bu barədə paytaxt təmsilçisinə istinadən məlumat verir.
 

Xorvatiyalı oyunçu Toni Perkoviç növbəti mövsümdə komandanın formasını geyinəcək. 27 yaşlı müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış “Cedevita” klubunda çıxış edib.


O, həmçinin karyerası ərzində “Split” və “Orlean” klublarının uğurları üçün çalışıb.

Son mövsümü isə İtaliyanın “Forli” klubunda keçirib.Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin