“Beşiktaş” İtaliya klubunun hücumçusunu transfer etdi

Hazırda oxunan: “Beşiktaş” İtaliya klubunun hücumçusunu transfer etdi

267011

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Atalanta"dan El Bilal Tureni satınalma bəndi ilə icarəyə götürüb.
 

Bu barədə klubunj mətbuat xidməti məlumat yayıb. Malili forvard artıq İstanbuldadır. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.


Qeyd edək ki, El Bilal Ture ötən mövsüm icarə əsasında "Ştutqart"da çıxış edib. Mali millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin