Rusiyadakı turnirdə erməni TƏXRİBATI -  FOTO

Hazırda oxunan: Rusiyadakı turnirdə erməni TƏXRİBATI -  FOTO

26699

Azərbaycan Boks Federasiyası Rusiyanın Soçi şəhərinin Adler rayonunda ermənilərin keçirdiyi beynəlxalq turnirdə yol verdiyi qanunsuzluqla bağlı müvafiq qurumlara etirazını bildirib.

Bu barədə Bizim.Media-ya federasiyadan məlumat verilib:

“Bununla bağlı AIBA (Beynəlxalq Həvəskar Boks Assosiasiyası), EUBC (Avropa Boks Konfederasiyası), həmçinin Rusiya Boks Federasiyalarına etiraz məktubu ünvanlamışıq. Məktubda həmin adda hansısa “respublika”nın olmadığı vurğulanıb və yarışda erməni idmançılarının başqa adla çıxışı pislənilib. Ümid edirik ki, təşkilatçılar səhvlərini nəzərə alaraq lazımi addımı atacaqlar”.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərinin Adler rayonunda hərbi pilot, Sovet İttifaqı Qəhrəmanı, erməni əsilli leytenant Martiros Naqulyanın şərəfinə boks üzrə beynəlxalq turnir keçirilib. Yarış Rusiya Erməniləri Birliyinin Soçi şöbəsinin himayəsi altında baş tutub. 

Bu turnirdə qondarma “Artsax” və Abxaziyanın yeniyetmə və gənc boksçuları mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin