"İnter" onu geri qaytarmağa DÜŞÜNÜR

Hazırda oxunan: "İnter" onu geri qaytarmağa DÜŞÜNÜR

266818

“İnter” "Mançester Yunayted"in futbolçusu Andre Onananı geri qaytarmaq variantını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

İtaliya A seriyası təmsilçisi kamerunlu qapıçının 2022/23 mövsümündə komandanın oyununa göstərdiyi böyük təsiri unutmur. Həmin mövsümdə Milan klubu Çempionlar Liqasının finalına qədər irəliləmişdi.

Klub rəhbərliyi qapı xəttini yeniləmək niyyətindədir və bu səbəbdən Onananın yenidən transferi gündəmə gəlib. “İnter” tərəfi 28 yaşlı oyunçunun İtaliyaya qayıtmaqdan məmnun qalacağını düşünür.

Qeyd edək ki, Onana “İnter”in heyətində 2022–2023-cü illərdə çıxış edib. Hazırda qapıçı ilə “Mançester Yunayted” arasında olan müqavilə 2028-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin