Kərim Benzema ən tez dubl edən ikinci futbolçu oldu - Avropa çempionatları tarixində 

Hazırda oxunan: Kərim Benzema ən tez dubl edən ikinci futbolçu oldu - Avropa çempionatları tarixində 

26627

Fransa millisinin hücumçusu Kərim Benzema Avropa çempionatları tarixində ən tez dubl edən ikinci futbolçu olub. 

Bizim.Media xəbər verir ki, "Avro-2020"nin səkkizdəbir final mərhələsi çərçivəsində Rumıniyadakı Buxarest Milli Stadionunda İsveçrə seçməsi ilə oyunda dubl etmək üçün fransalı futbolçuya 103 saniyə lazım olub. 

Siyahıya isveçli futbolçu Henrik Larsson başçılıq edir. Belə ki, Larsson 2004-cü ildə Portuqaliyada təşkil olunan Avropa çempionatında Bolqarıstan millisi ilə oyunda 71 saniyəyə dubl edib. 
 
Qeyd edək ki, Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib.

Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin