“Qarabağ” ölkəmizin UEFA reytinqinə növbəti töhfəni verib.
Bizim.Media xəbər verir ki, ağdamlılar buna dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”u məğlub etməklə (3:1) nail olub.
Bu qələbə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını artırıb. “Qarabağ” qalib gəlməklə ölkənin aktivinə 0.250 xal yazdırıb.
Azərbaycan reytinqdə 19.500 xalla 28-ci sıradadır. 27-ci pillədə yer alan Ukraynanın isə 19.725 xalı var. Azərbaycan avrokuboklarda yalnız “Qarabağ”la təmsil olunur. Ukraynanın isə 3 klubu hələ də yarışda mübarizəni davam etdirir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
16:02 / 20.08.2025
“Qarabağ” Azərbaycana əlavə xal QAZANDIRDI
Hazırda oxunan: “Qarabağ” Azərbaycana əlavə xal QAZANDIRDI
Hazırda oxunan: “Qarabağ” Azərbaycana əlavə xal QAZANDIRDI
266167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.