“Turan Tovuz” İspaniya klubunun üzvünü TRANSFER ETDİ

Hazırda oxunan: “Turan Tovuz” İspaniya klubunun üzvünü TRANSFER ETDİ

265810

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, Tovuz klubu braziliyalı futbolçu Enrike Silvanı heyətinə qatıb. 
 

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.


Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. 

Qeyd edək ki, tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin