"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferentsvaroş" Macarıstan çempionatında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Budapeşt təmsilçisi öz meydanında "Puşkaş Akademiyası" ilə qarşılaşıb.
4-cü tur çərçivəsində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. "Ferentsvaroş" 1:2 hesabı ilə uduzub. Bu, komandanın mövsümdəki ilk məğlubiyyəti olub.
Robbi Kinin yetirmələri dörd turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyunun avqustun 19-da Budapeştdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:10 / 17.08.2025
“Qarabağ”ın rəqibi məğlub oldu - VİDEO
Hazırda oxunan: “Qarabağ”ın rəqibi məğlub oldu - VİDEO
Hazırda oxunan: “Qarabağ”ın rəqibi məğlub oldu - VİDEO
265650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.