İyulun 3-də Portuqaliyada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.
Bizim.Media xəbər verir ki, turnirdə Azərbaycanı 10 cüdoçudan ibarət komanda təmsil edəcək.
MÖVZU İLƏ BAĞLI:
Cüdoçularımız beynəlxalq turnirdə üç medal qazandı - FOTO
Belə ki, yarışda Turan Bayramov, Samir Piriyev, Kənan İsmayılov (60 kq), Vaqif Tarverdiyev, Kamran Süleymanov (66 kq), Çingiz Fəttahov, Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Turnir iyulun 4-də başa çatacaq.
Bizim.Media