Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.
Bizim.Media xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, o, sabiq oyunçunun əvəzinə bəzi sənədlərə imza atmaqda günahlandırılır.
Maradonanın saxta imzasının yer aldığı sənədlər hüquq-mühafizə orqanları tərəfindən Lukenin ofisində və evində aşkarlanıb.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib. Leopolde Luke daha əvvəl Maradonanın ölümündə də ittiham olunub. (Report)
Bizim.Media
- A-
- A
- A+
İdman
04:35 / 27.06.2021
Maradonanın həkimi məhkəmə qarşısına çıxır
Hazırda oxunan: Maradonanın həkimi məhkəmə qarşısına çıxır
Hazırda oxunan: Maradonanın həkimi məhkəmə qarşısına çıxır
26393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.