“Qarabağ”ın bu futbolçusu “Şkendiya”ya qarşı oynamayacaq

Hazırda oxunan: “Qarabağ”ın bu futbolçusu “Şkendiya”ya qarşı oynamayacaq

263148

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" bir neçə gündən sonra növbəti matçına çıxacaq. Ağdam klubu səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, zədəli olduğu üçün bir müddət əsas komandadan kənarda qalan Marko Yankoviç "Şkendiya" ilə oyuna tam hazırdır. Digər zədəli Dani Bolt isə hələ bərpa olmayıb. O, qarşıdakı matçı buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-də, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin