“Neftçi”nin yeni transferi komandaya QOŞULACAQ

Hazırda oxunan: “Neftçi”nin yeni transferi komandaya QOŞULACAQ

263084

Braziliyalı müdafiəçi İqor Ribeyro tezliklə “Neftçi”nin düşərgəsinə qoşulacaq.

Bizim.Media xəbər verir ki, daha əvvəl “Neftçi” ilə müqavilə imzalayan 28 yaşlı futbolçu Konfrans Liqasının II təsnifat mərhələsinin son oyunlarında “Araz-Naxçıvan”ın heyətində Yunanıstanın “Aris” klubuna qarşı (2:1, 2:2) matçda meydana çıxıb. Onun Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Omoniya” ilə görüşlərinə qədər komandadan ayrılacağı gözlənilir.

Bu barədə klublar arasında müzakirələr aparılıb. Üstəlik, Yunanıstandakı cavab oyununda birbaşa qırmızı vərəqə alan İqorun “Omoniya”ya qarşı ən azından bir matçı buraxacağı dəqiqdir. Qarşıdakı həftə Ribeyronun “Neftçi”də məşqlərə başlayacağı ehtimal olunur.

Xatırladaq ki, braziliyalının "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimi
qüvvədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin