“Neftçi”nin baş məşqçisi: “Çox yaxşı toplanış keçdi” - VİDEO

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi: “Çox yaxşı toplanış keçdi” - VİDEO

262990

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov AEL klubu ilə yoxlama matçından sonra “Neftçi TV”yə müsahibə verib.

Bizim.Media xəbər verir ki, klubun mətbuat xidmətinə oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis təlim-məşq toplanışını da dəyərləndirib:
 

“Toplanış çox yaxşı keçdi. Əslində, 4 oyun planlaşdırmışdıq, lakin güclü yağış səbəbindən bunlardan 1-i baş tutmadı. Buna baxmayaraq, bizim üçün çox səmərəli toplanış oldu.


Matça gəlincə, çox yaxşı və maraqlı keçdi. Futbolçuların göstərdiyi oyundan çox razı qaldım.
 

Düşünürəm ki, bu görüş əvvəlkilərdən yaxşı mənada çox fərqləndi. Artıq meydanda dominant, səbrlə top saxlayan və nələrsə düşünməyə çalışan komanda var idi”.


Müsahibənin tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin