"Bavariya"nın futbolçusu Joao Palinya İngiltərə Premyer Liqasına qayıdacaq.
Bizim.Media xəbər verir ki, "Tottenhem" portuqaliyalı yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu 30 yaşlı orta xətt oyunçusunu 30 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub.
Qeyd edək ki, "Bavariya" Joao Palinyanı ötən ilin yayında "Fulhem"dən 51 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü Münhen təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:44 / 01.08.2025
“Bavariya”nın futbolçusu “Tottenhem”ə KEÇİR
Hazırda oxunan: “Bavariya”nın futbolçusu “Tottenhem”ə KEÇİR
Hazırda oxunan: “Bavariya”nın futbolçusu “Tottenhem”ə KEÇİR
262933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.