Namik Ələskərov yenidən Türkiyədə OYNAYA BİLƏR

Hazırda oxunan: Namik Ələskərov yenidən Türkiyədə OYNAYA BİLƏR

262895

“Sabah”ın yeni müqavilə bağlamadığı Namik Ələskərov yenidən Türkiyədə oynaya bilər. 

Bizim.Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni təklif gözləyir. 

30 yaşlı oyunçu ölkə klublarından aldığı bir neçə təklifi rədd edib. O, yenidən legioner həyatı yaşamaq istəyir. Namik Türkiyə variantlarını dəyərləndirir. 

Qeyd edək ki, 2021-ci ildə “Neftçi”dən ayrıldıqdan sonra “Bursaspor”a keçən Ələskərov Türkiyəyə yad sima deyil. O, bu klubda cəmi bir il keçirdikdən sonra “Sabah”a keçsə də, qardaş ölkənin aşağı liqasında yaddaşda qalıb. Artıq bir neçə təklif alan həmyerlimiz tezliklə seçimini edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin