La Liqada yeni qayda tətbiq olunacaq

Hazırda oxunan: La Liqada yeni qayda tətbiq olunacaq

262161

İspaniya La Liqasında 2025-26 mövsümündən etibarən yeni qayda tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, İspaniya Hakimlər Komitəsi La Liqada inqilabi dəyişikliklər edəcək.

Növbəti mövsümdən etibarən baş məşqçilər oyunda 2 dəfə VAR-a müraciət tələb edə biləcək.
 

Bu barədə COPE məlumat yayıb. Baş məşqçinin etirazı doğru olarsa, o zaman onun 2 dəfə müraciət etmə haqqı olduğu kimi qalacaq. Bu qərarın "Real Madrid" klubunun televiziyasında hakimlərin sərt tənqid edilməsindən sonra verildiyi bildirilir.


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA bu qaydaya yaşıl işıq verib.

Tezliklə Avropanın top liqalarında da baş məşqçinin VAR-a müraciət tələbi tətbiq ediləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin