“Səbail” Qana yığmasının üzvü ilə ANLAŞDI

Hazırda oxunan: “Səbail” Qana yığmasının üzvü ilə ANLAŞDI

262000

Növbəti mövsüm I Liqada çıxış edəcək “Səbail”in hədəfi yenidən Premyer Liqaya dönməkdir.

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi bunun üçün heyətini gücləndirməkdə davam edir.  

“Səbail” tezliklə daha bir əcnəbi oyunçu ilə anlaşacaq. 
 

Bu, Qananın U-20 yığmasının oyunçusu Mustafa Yakubudur. Son olaraq İsraildə “Hapoel” (Umm el-Fahm) klubunda çıxış edən 20 yaşlı yarımmüdafiəçi ilə danışıqlar yekunlaşmaq üzrədir.


Xırda detallar da razılaşdırıldıqdan sonra Yakubunun “Səbail”lə müqavilə imzalamaq üçün Bakıya gəlməsi gözlənilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin