Fransa millisinin üzvü Kərim Benzema Avro-2020-nin qrup mərhələsində Portuqaliya millisi ilə oyunda keçmiş komanda yoldaşı Kriştiano Ronaldo ilə qarşılaşdığına görə sevindiyini bildirib.
Bizim.Media qol.az-a istinadla xəbər verir ki, o, “A Bola”ya açıqlamasında oyundan sonra Ronaldo ilə mehriban söhbətləşmələrindən danışıb. Benzema Ronaldo ilə “Real”da xeyli müddət birlikdə oynadığını xatırladaraq onunla dost olduğunu deyib:
“Ronaldo mənim yaxın dostumdur. “Real”da möhtəşəm bir duetimiz olub, birlikdə çox qol vumuşuq. Onunla bu çempionatda qarşılaşmaq çox xoş oldu. Milli komandalarımız və klublarımızın oyunlarından danışıdıq, bir-birimə uğurlar dilədik”.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan Portuqaliya – Fransa matçında həm Ronaldo, həm də Benzema dubl edib.
Xatırladaq ki, Ronaldo ilə Benzema “Real”da 9 il (2009-2018) birlikdə çıxış ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
04:56 / 25.06.2021
"Ronaldo yaxın dostumdur, onunla qarşılaşmaq çox xoş oldu"
Hazırda oxunan: "Ronaldo yaxın dostumdur, onunla qarşılaşmaq çox xoş oldu"
Hazırda oxunan: "Ronaldo yaxın dostumdur, onunla qarşılaşmaq çox xoş oldu"
26169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.