Çempionlar Liqasında qrup mərhələsindək irəliləmək iddiasında olan "Qarabağ" transfer fəaliyyətini davam etdirir.
Bizim. Media xəbər verir ki, Azərbaycan çempionunun danışıq apardığı daha bir legionerin adına aydınlıq gəlib. Ağdam klubu Samsondin Ouronu hədəf alıb.
25 yaşlı yarımmüdafiəçi Toqo yığmasının üzvüdür. O, eyni zamanda Almaniya vətəndaşlığına sahibdir. Futbolda ilk addımlarını bu ölkədə atıb, "SSV Reutlingen"in akademiyasında yetişib.
2019-2020-ci illəri Zaqreb «Dinamo»sunda keçirib. 2021-ci illərdə Sloveniyaya yollanıb, 2 mövsüm "Mura"nın uğurları üçün tər töküb. Daha sonra icarə əsasında "Radomlje"də çıxış edib.
2023-cü ildə Səudiyyə Ərəbistanından təklif alıb, "Al-Adalah" ilə müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:43 / 16.07.2025
Toqo yığmasının üzvü “Qarabağ”a keçir?
Hazırda oxunan: Toqo yığmasının üzvü “Qarabağ”a keçir?
Hazırda oxunan: Toqo yığmasının üzvü “Qarabağ”a keçir?
260258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ

15:46
Nazir: “Ümidvarıq ki, Trampın komandası 907-ci düzəlişin tam ləğvi üçün Konqreslə iş aparacaq”
11:00