İyunun 23-də "Avro-2020"nin F qrupunda oynanılan Portuqaliya-Fransa və Macarıstan-Almaniya görüşləri ilə 16-cı Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, hər iki görüş 2:2 hesabı ilə başa çatıb.
Portuqaliya və Fransa millilərinin Budapeştdəki "Puşkaş Arena"da oynanılan qarşılaşmasında qeydə alınan dörd qolun üçü 11 metrlik cərimə zərbəsindən vurulub.
Belə ki, Kriştiano Ronaldo matçın 31-ci və 60-cı dəqiqələrində 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirib. Fransızların hücumçusu Karim Benzema 45+2-ci (11 metrlik cərimə zərbəsi) və 47-ci dəqiqələrdə fərqlənib.
Münxendə keçirilən digər oyunda Almaniya hesabda iki dəfə geri düşməsinə baxmayaraq, heç-heçə edərək səkkizdəbir finala yüksəlməyə nail olub. Belə ki, Macarıstan millisi matçın 11-ci və 68-ci dəqiqələrində Adam Szalai və Şaferin qolları ilə hesabda irəli çıxsa da, Almaniya 66-cı dəqiqədə Havetsin, 84-cü dəqiqədə isə Qoretzkanın sayəsində hesabı bərabərləşdirib.
Beləliklə, Fransa 5 xalla F qrupunun lideri kimi səkkizdəbirə vəsiqə qazanıb. Aktivində 4 xal olan Almaniya ikinci, Portuqaliya isə üçüncü yeri tutaraq qrupdan çıxıb.
Macarıstan isə 2 xal toplayaraq çempionatda mübarizəni dayandırıb.
Fransa səkkizdəbir finalda İsveçrə, Almaniya millisi İngiltərə, Portuqaliya isə Belçika ilə qarşılaşacaqlar. Avropa çempionatının səkkizdəbir final mərhələsinə iyunun 26-da start veriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:06 / 24.06.2021
Fransa, Almaniya və Portuqaliya növbəti mərhələyə adladı - “Avro 2020”
Hazırda oxunan: Fransa, Almaniya və Portuqaliya növbəti mərhələyə adladı - “Avro 2020”
Hazırda oxunan: Fransa, Almaniya və Portuqaliya növbəti mərhələyə adladı - “Avro 2020”
26007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.