“Avro-2020”: İngiltərə və Xorvatiya növbəti mərhələyə adladı

Hazırda oxunan: “Avro-2020”: İngiltərə və Xorvatiya növbəti mərhələyə adladı

25859

İyunun 22-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun daha iki qarşılaşması oynanılıb. 

Bizim.Media xəbər verir ki, D qrupunun son turunda İngiltərə millisi Çexiya seçməsi ilə üz-üzə gəlib. 

Londonun “Vembley” stadionunda keçirilən görüş ingiltərəlilərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub. 
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2020-in yarımfinal və final oyunlarının yeri dəyişdiriləcəkmi? – UEFA-dan AÇIQLAMA  


D qrupunun digər görüşündə isə Xorvatiya millisi Şotlandiyanı 3:1 hesabı ilə məğlub edib. 

Beləliklə, Avropa çempionatının D qrupundan növbəti mərhələyə İngiltərə və Xorvatiya seçmələri çıxıb. Dörd xalı olan Çexiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir. 

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin