"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə

Hazırda oxunan: "Grand Chess Tour": Rəcəbovdan 3 qələbə

25692

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 9 görüş keçirib.

Bizim.Media xəbər verir ki, rapiddən sonra qrossmeysterlər bu dəfə blits oyununda qüvvəsini sınayıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə


İlk 3 görüşdə müvafiq olaraq Alireza Firuzca (FIDE), Uesli So (ABŞ) və Yan Nepomnyaşiyə uduzan Rəcəbov, 4-cü oyunda Fabiano Karuanaya (ABŞ) qalib gəlib.

34 yaşlı şahmatçı növbəti iki görüşünü heç-heçə ilə başa vurub. O, əvvəlcə Riçard Rapport (Macarıstan), ardınca isə Maksim Vaşye-Laqravla (Fransa) xalları yarı bölüb.

Rəcəbov daha sonra Petr Svidler (Rusiya) və Levon Aronyanla (Ermənistan) duellərdən məğlub ayrılsa da, son qarşılaşmada Vladimir Kramnik (Rusiya) üzərində qələbə qazanıb.

Beləliklə, təcrübəli şahmatçı günü 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, Teymur Rəcəbov hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin