Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında medal qazanıb.
Bizim.Media xəbər verir ki, 60 kq-da yarışan Fərid Xəlilov finalda Levente Levay (Macarıstan) üzərində 6:3 hesablı qələbə qazanaraq çempion olub.
MÖVZU İLƏ BAĞLI:
Daha bir idmançımız Tokio-2020-yə lisenziya qazandı - FOTO
71 kq-dakı Ruslan Nurullayev Dimitar Raçevə (Bolqarıstan) 9:0 hesabı ilə qalib gələrək, Avropa üçüncüsü olub.
***
Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 45 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Nikita Dementiyevlə (Ukrayna) üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən Həsənov qitə çempionu olub.
51 kq-dakı Pərviz Dadaşov isə bürünc medal uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 9:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Bizim.Media