Avropa çempionatının Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və yarışın könüllüləri Danimarka millisinin futbolçusu Kristian Eriksenə dəstək olub.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.
MÖVZU İLƏ BAĞLI:
AVRO-2020-də qəfildən yerə yıxılan futbolçunun vəziyyəti AÇIQLANDI
Qeyd edək ki, AVRO-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristian Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunub.
Bizim.Media