"Roma"nın baş məşqçisi Joze Mourinyo Danimarka millisinin futbolçusu Kristian Eriksenin Avro-2020 qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçda (0: 1) huşunu itirməsindən danışıb.
Bizim.Media xəbər verir ki, Portuqaliyalı mütəxəssis bildirib ki, 29 yaşlı yarımmüdafiəçinin sağ qalması xoşbəxtlikdir:
"Hadisə barədə düşünməkdən əl çəkə bilmirəm. Fikrimcə, kədərlənməməliyik. Baş verənlər futboldan daha vacib idi.
Bu, eyni zamanda idmanımızın yaxşı dəyərlərə sahib olduğunu göstərdi. Sevgi, həmrəylik, ailə ruhu. Söhbət onun tək ailəsi ilə deyil, həm də futbol ailəsi ilə bağlı idi. Futbol insanları bir araya gətirir.
Onun üçün dua etdim, çox ağladım və dünyada milyonlarla insan eyni şeyi etdi. Buna inanıram, çünki futbol bizi birləşdirir. Kristianın hazırkı duruma görə sevinməliyik".(qol.az)
Bizim.Media
- A-
- A
- A+
İdman
04:58 / 15.06.2021
Mourinyo: \"Onun üçün dua etdim, çox ağladım\"
Hazırda oxunan: Mourinyo: \"Onun üçün dua etdim, çox ağladım\"
Hazırda oxunan: Mourinyo: \"Onun üçün dua etdim, çox ağladım\"
24822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.