Azərbaycan güləşçisi “Poland Open” turnirində 3-cü oldu

Hazırda oxunan: Azərbaycan güləşçisi “Poland Open” turnirində 3-cü oldu

24633

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

Bizim.Media xəbər verir ki, turnirdə 82 kiloqram çəki dərəcəsində iştirak edən yunan-Roma güləşçimiz Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir güləşçimiz "Poland Open" turnirində üçüncü oldu - FOTO


Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. R.Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən R.Hüseynov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin