Əzizli DÇ-nin qızıl, Çunayev bürünc medalı üçün güləşəcək - YENİLƏNİB

Hazırda oxunan: Əzizli DÇ-nin qızıl, Çunayev bürünc medalı üçün güləşəcək - YENİLƏNİB

244985
Olimpiya mükafatçımız Rəsul Çunayev finala çıxa bilməyib.

O, ikiqat dünya çempionu olan alman rəqibinə 1:9 hesabı ilə uduzub.

Qeyd edək ki, sabah Eldəniz Əzizli final, Rəsul Çunayev isə bürünc medal uğrunda güləşəcək.

***

Bu il böyüklər arasında Avropa çempionu olmuş Eldəniz Əzizli karyerasının ən yüksək nəticəsini qazanmağa yaxındır.

O, gürcü rəqibini 6:3 yenərək finala çıxıb.

***

Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatının (DÇ) yarımfinalına vəsiqə qazanıb.

Eldəniz Əzizli Macarıstan və Çin idmançılarından sonra Yaponiya güləşçisinə də 9:0 qalib gələrək 1/2 finalda mübarizə aparmaq hüququ əldə edib.

Onun rəqibi gürcüstanlı Nuqzar Surtsumia olacaq.

Dünya çempionluğuna namizədimiz Rəsul Çunayev isə 1/4 finalda iranlı rəqibini 5:4 hesabı ilə məğlub edib. O, yarımfinalda Almaniya güləşçisi Frank Şteblerlə qarşılaşacaq.

Digər iki güləşçimiz isə 1/4 finalda uduzub. Taleh Məmmədov Misir, Rafiq Hüseynov isə İran güləşçisinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin