Faiq Qarayev istefa verdi

Hazırda oxunan: Faiq Qarayev istefa verdi

243323
Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayev istefa verib.

O, millimizin dünya çempionatında uğursuz çıxışından sonra məşqçilik karyerasını başa vurub.

Bu, 59 yaşlı məşqçinin səhhətində yaranan ciddi problemlə əlaqələndirilir. Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.

Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin