“Rusiyalı jurnalist və idman şərhçisi, milliyyətcə erməni olan Nobel Arustamyan Azərbaycanda keçiriləcək UEFA EURO 2020 matçlarında işləmək üçün akkreditasiya almayıb. O, Bakıya gedə bilməyəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə vəziyyətlə tanış olan diplomatik mənbədən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakılı erməni şərhçi akkreditə olundu – Azərbaycana gələcəkmi?
Cümə axşamı səhər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və Match TV-nin baş prodüseri Tina Kandelaki problemin UEFA-nın dəstəyi ilə həll olunduğunu və Arustamyanın sonda akkreditə olunduğunu elan ediblər.
Qalmaqal iki gün əvvəl bloger Vasili Utkinin Telegram kanalında Arustamyanın Bakı Təşkilat Komitəsinin rədd cavabı verdiyi üçün futbol üzrə Avropa çempionatında zamanı işləmək üçün akkreditasiya almadığını bildirməsi ilə başlayıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov akkreditasiyadan imtina etməsini Arustamyanın işğal olunmuş Azərbaycan torpaqlarına səfərləri ilə əlaqələndirib.
Qeyd edək ki, UEFA EURO 2020 sabah başlayacaq. Turnirin oyunları Bakı da daxil olmaqla 11 Avropa şəhərindəki arenalarda keçiriləcək.
Bizim.Media